Regionlarda QİÇS-lə bağlı maarifləndirici tədbirlər keçirilib
19 Fevral 2019 12:17 Sosial"Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətənini, özünü, ailəni düşün, Sağlam Yaşa!" adlı layihə çərçivəsində Tərtər və Bərdə rayonlarında "Narkomaniyaya "Yox" deyək" devizi altında maarifləndirici tədbirlər keçirib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, tədbirlərdə çıxış edənlər "ağ ölüm" adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıblar.
Bildirilib ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Tədbirlər çərçivəsində "Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü" İctimai Birliyinin nümayəndələri tərəfindən müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, dəftər, karandaş, xətkeş, pozan, karandaş yonan) paylanıb.