Çoxdan gözlənilən an gəlib çatdı-FOTO

Gödəklər kəndində yeni modul tipli məktəbin açılışı olub

Bu gün Beyləqan rayonunun Gödəklər kəndində yeni modul tipli məktəbin açılışı olub. Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin, rayon Təhsil şöbəsi rəhbərliyinin və kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxışlar dinlənilib, təəssüratlar bölüşdürülüb.
Qeyd olunub ki, 1973-cü ildə tikilmiş məktəbin istifadəyə yararlılığının qalmadığından ölkə Prezidentinin 2018-ci il sərəncamına əsasən modul tipli məktəb binası tikilib. Məktəb 9 sinif otağı, 1 kitabxana, 1 direktor və 1 müəllimlər otağına malikdir. Məktəb istixana və texniki avadanlıqlarla tam təchiz olunub.

Tədbirdə çıxış edən kənd sakinləri bu diqqət və qayğıya görə, ölkə rəhbərinə təşəkkürlərini çatdırıblar.

Çoxdan gözlənilən an gəlib çatdı-FOTO

Çoxdan gözlənilən an gəlib çatdı-FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31