Bakıda körpünün üstündə QORXUNC HADİSƏ

Bu gün səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Asif Məhərrəmov və Alı Mustafayev küçələrini birləşdirən körpüdə "Ford Transit" markalı kiçiktutumlu yük maşını sürücünün idarəetməsindən çıxaraq qəzaya uğrayıb. Körpünün kənarındakı metal məhəccərlərə çırpılan avtomobil xoşbəxtlikdən körpünün alt hissəsindəki dairədə hərəkət edən digər nəqliyyat vasitələrinin üstünə düşməyib.

Əraziyə polis əməkdaşları gəlib.

Qəzaya yağıntılı hava şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31