Müğənni ərini evdən qovdu: "Qocasan, gombulsan, heç nəyə yaramırsan..."

 

Rusiyanın tanınmış müğənnisi Maşa Rasputina həyat yoldaşı Viktor Zaxarovu bağ evindən qovub.

Teleqraf.com xəbər verir ki, Viktor Zaxarov evdən qovulma səbəbini köklüyü ilə əlaqələndirib.

Onun sözlərinə görə, Maşa Rasputina yemək məsələlərinə xüsusi diqqət yetirir və o, ərinə təcili arıqlamağı tapşırıb. Bu, baş tutmayanda ər-arvad arasında dava-dalaş düşüb:

"Maşa dedi ki, qocasan, gombulsan, daha gərəksizsən, çıx get. Mən də möhkəm incidim, şey-şüyümü yığışdırıb bağ evindən Moskvadakı mənzilə köçdüm".

Viktor Zaxarov hazırda pəhriz saxladığını deyib: "Düzü, arvadımın bu sözündən sonra boğazımdan tikə də keçmir..."

O, boşanma ehtimalından da danışıb: "Qorxuram bu müddətdə Maşa başqasını tapsın. Onda ayrılmalı olacağıq".

Qeyd edək ki, Maşa Rasputina ilə biznesmen və prodüser Viktor Zaxarov 1999-cu ildə ailə qurublar. Bu, müğənninin ikinci evliliyidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31