Cəmi 2 vasitə ilə podaqradan birdəfəlik azad olun!
19 Fevral 2019 05:24 SosialAyaqda yaranan podaqra çirkin görünməklə yanaşı həm də çox ağrılı olur. Əgər sizin nənənizdə və ananızda podaqra varsa, bu xəstəliyin sizdə də üzə çıxma ehtimalı yüksəkdir.
Əgər pəncənizə doğru qulluq etsəniz, düzgün ayaqqabı seçsəniz və ayaqlarınızı həddən çox yükləməsəniz, o zaman siz podaqradan nisbətən qoruna bilərsiniz.
Bu hal əsasən də uşaq vaxtı ayaqqabının düzgün seçilməməsindən irəli gəlir.
Amma podaqra artıq əmələ gəlibsə onu aradan qadırmaq tələb olunur.
Medicina.az podaqradan birdəfəlik yaxa qurtarmaq üçün resept təqdim edir:
- Yerli istifadə üçün nəzərdə tutulan "Xlorofillipt" yağı
- "Dimeksid"
- kompres üçün pambıq
- 5 ml-lik şpris
- plastik stəkan
Hazırlanması:
1. Şprislə 3 kub "Xlorofillipt" yağı çəkin və plastik stəkana tökün.
2. Daha sonra 1 kub "Dimeksid" preparatı çəkib qaba əlavə edin.
3. Qarışımı pambıq tampona hopduraraq podaqranın üzərinə yerləşdirin. Bu proseduru hər səhər və axşam etmək tələb olunur. Kompresi 15 dəqiqə saxlayın.