Daha 18828 ha toxumluq əkin sahəsinin qeydiyyatı aparılıb
18 Fevral 2019 17:44 Sosial2018-ci ilin payızında 2019-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı həyata kecirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, bunun əsas mədsədi toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata kecirilməsi ücün tövsiyyələrin verilməsi, həmcinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən məyyən edilməsidir. Bölğələrdə toxumluq əkin sahələrinin qeydiyyatı 30 dekabr 2018-ci il tarixdən Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılıb, qəbul edilmiş sənədlər Dövlət Xidmətinə təqdim edilib. Bərdə RTSM-in əhatə etdiyi rayonlar üzrə (Bərdə, Ağdam, Tərtər, Yevlax) 6349 hektar, Beyləqan RTSM-in əhatə etdiyi rayonlar üzrə (Ağcabədi, Beyləqan, İmişli, Füzuli) 6528 hektar, Quba RTSM-in əhatə etdiyi rayonlar üzrə isə (Quba, Qusar, Xacmaz, Siyəzən, Şabran) 5951 hektar toxumluq əkinlər qeydiyyata alınıb. Digər bölgələr üzrə məlumatlar dəqiqləşdirildikdən sonra internet səhifəsində yerləşdiriləcək.