Azərbaycan müxalifətində olan bəzi şəxslər etnik separatizmə dəstək verir
18 Fevral 2019 16:45 SosialAzərbaycanı siyasi və iqtisadi sferada diz çökdürə bilməyən, onu özünə tabe etdirməkdə çətinlik çəkən antiAzərbaycan dairələr ölkəmizə qarşı növbəti bir kampaniyaya start veriblər. Kifayət qədər təhlükəli və fəsadları ağır ola biləcək bu kampaniyanın əsas hərəkətverici qüvvəsi erməni lobbisi və onun maliyyəsi ilə çalışanlardır. Bu dəfə antiAzərbaycan qüvvələr və onların maliyyə qaynağı olan erməni lobbisinin hədəfi Azərbaycanda etnik separatizmi yaymaq, milli və dini zəmində qarşıdurma yaratmaqdır. Çünki dövlətçiliyi, dövləti zəiflətmək, onu nüfuzdan salmaq üçün aparılan siyasi mübarizə effekt vermədiyi üçün belə bir plana əl atıb. Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl isə antiAzərbaycan qüvvələr ölkəmizdə dini zəmində qarşıdurma yaratmaq niyyətində idilər. Lakin vaxtında görülən adekvat tədbirlər, xüsusilə də Azərbaycanda dini dözümlülüyün, tolerantlığın mövcud olması dini ekstremizmin yayılmasının qarşısını aldı.
İndi isə qeyd etdiyimiz kimi Azərbaycanda etnik zəmində qarşıdurmanın yaradılması, bu zəmində düşmənçiliyə yol açılmasına çalışılır. Maraqlısı odur ki, bu prosesdə də erməni barmağı özünü açıq şəkildə göstərir. Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycanda etnik separatizmə cəhd özünü bir neçə dəfə göstərib. Hələ 90-cı illərin əvvəllərində Əlikram Hümbətov adlı birisi respublikamızın cənub zonasında qeyri-qanuni silahlı dəstə yaradaraq özünü Talış-Muğan Respublikasının prezidenti elan etmişdi. O zaman bu qeyri-qanuni hərəkətin qarşısı qətiyyətlə alınsa da, lakin görünür hələ də həmin qüvvələr köhnə niyyətlərindən əl çəkməyiblər. Separatçı Əlikram Hümbətovla zamanında eyni sırada olan Mehdibəy Səfərovun bu günlərdə Xalqların Demokratik Partiyası adlı siyasi təşkilat yaratması da deyilənləri təsdiqləyir ki, bəlli dairələrin Azərbaycanda etnik separatizmi yaymaq niyyətləri hələ də qüvvəsindədir. Və təəssüf hissi ilə qeyd etmək lazımdır ki, zamanında Talış-Muğan Respublikası ideyasına cənubdan və Ermənistandan verilən dəstək anoloji olaraq Xalqların Demokratik Partiyasına da verilir. Hər halda Mehdibəy Səfərovun Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqələri belə deməyə əsas verir. Yaranmış situasiyanı olduqca təhlükəli hesab edən analitiklər hesab edirlər ki, erməni lobbisi və onun havadarları maksimum imkanlardan istifadə edərək Azərbaycanda etnik separatizmi yaymaq istəyirlər. Cənubi Qafqazda Sülh və Təhlükısizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Xalqların Demokratik Partiyasının yaradılması da məhz bu məqsədə xidmət edir: "Separtizmi, etnik düşmənçiliyi, xalqlar arasında dözümsüzlüyü təbliğ edən, Ermənistan xüsusi xidmət orqanlarının planlarını yerinə yetirən Mehdibey Seferov və onun havadarları yeni partiya təsis edirlər. Partiya "Xalqların Demokratik Partiyası" adlanır. Ölkəmizin bütövlüyünə qarşı fəaliyyət göstərən Mehdibəy Səfərovun mənfur planı Talış qardaşlarımızın adından istifadə edərək Azərbaycanı bölməkdi. Bir neçə ildir ki, Ermənistanla ölkəmizə qarşı fəaliyyət göstərən Əlikram Hümbətov, Yerevanda televiziya açıb separtizmi təbliğ edən Zabil Mədoş onlara hər cür siyasi dəstəyi verən Ataxan Əbilov, Faxraddin Abbaszadə, Şahin Mirzəyevin planları Ermənistanın ölkəmizə qarşı planlarını həyata keçirməkdir". Politoloq deyib ki, bu gün Yerevan Dövlət Universitetində Şərqşünaslıq kafedrasının Azərbaycanşünaslıq bölməsi fəaliyyət göstərir. Bu fakultə Ermənistan kəşfiyyatının bir bölməsidir: "Birbaşa Azərbaycana qarşı etnik separatizmi qızışdırmağa xidmət edir və Zabil Mədoş kimi iradəsi zəif, xalqını pula satan şəxsləri asan şəkildə ələ alır. Məhz HDP adlanan partiyanı təsis edən Mehdibəy Səfərovun bu tapşırıq və təlimatları Zabil Mədoşdan alması elə də təəccüblü deyil. Belə bir mənfur planın qarşısını almaq üçün ölkəmizin təhlükəsizlik orqanları lazımi tədbirlər görməlidir". Məhəmməd Əsədullazadə təssüf hissi ilə qeyd edib ki, Azərbaycanın müxalifətində olan bəzi şəxslər belə bir bölücü partiyanın yaranmasına dəstək verir: "Bu gün Azərbaycana qarşı Ermənistan bütün cəbhələrdə müharibə aparır. Torpaqlarımızın 20 faizini işğalda saxlayır. Paralel olaraq ölkəmizə qarşı bu kimi amillərdən istifadəyə etməyə cəhd edir. Xaricdə bir neçə nəfəri öz alətinə çevirərək, əlaqələndiricilər vasitəsi ilə ölkəmizdə separatizmi təbliğ edirlər. Mütləq şəkildə ölkəmizə qarşı bu xain planın qarşısı alınmalıdır. Azərbaycan üçün təhlükə budur".
Məhəmməd