Afət Fərmanqızı Nəsiminin daha bir qəzəlinə mahnı yazdı
17 Fevral 2019 19:07 SosialSon günlər dahi şair Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızı onu tənqid edənlərin acığına yeni məlumat paylaşıb.
Afət Fərmanqızı yaxın günlərdə Nəsiminin daha bir qəzəlinə mahnı ifa edəcəyini vurğalyıb. ATV-dəki "Zaurla Günaydın" verlişində danışan müğğəninin sözlərinə görə, hazırda həmin mahnı üzərində iş gedir.
Xatırladaq ki, müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısı ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edən xanım müğənni sosial şəbəkə istifadəçilərinin tənqidlərinə tuş gəlib.
Modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31