Beynəlxalq və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər təqdim olundu
15 Fevral 2019 16:33 Sosial" AMEA Mərkəzi Elmi Kitabxanasında beynəlxalq və ictimaiyyətlə əlaqələr sahəsində görülmüş işlərin təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabxananın 5 illik strateji hədəflərindən olan beynəlxalq münasibətlərin, ictimaiyyətlə əlaqələrin formalaşdırılması, informasiya təhlükəsizliyi və informasiyanın paylaşılması məsələlərini diqqətə gətirdi.
MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 2018-ci ildə görülmüş işlərin hesabatını təqdim edib.
Sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və Şuranın İdarə Heyətinin üzvü Azər Həsrət, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva MEK fəaliyyətinin şəffaflıq, hesabatlılıq, açıqlıq prinsipləri əsasında qurulmasını xüsusi vurğulayıb.
Sonda dəvətli qonaqlar tərəfindən MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin fəal əməkdaşları İlahə Feyziyeva, Şəlalə Məhyəddinqızı, Röya İsrafilova və başqalarına işlərində təşəbbüs və yüksək göstəricilərə görə dəyərli kitablar hədiyyə edilib.