Deputat seçicilərlə sosial şəbəkələrdən danışıb

Millət vəkili Gövhər Baxşəliyeva  Bərdə rayonunda seçicilərlə görüşüb. Bu barədə "Olaylar"a məlumat verin deputat bildirib ki, əvvəlcə Bərdə rayon İcra Hakimiyyətində rayonun illik hesabat iclası, 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak edib: "Bərdə rayon İcra  Hakimiyyətinin başçısı Vidadi İsayevin geniş və ətraflı hesabat məruzəsindən sonra mən də Bərdə rayonunu parlamentdə təmsil edən millət vəkillərindən biri olaraq, cıxış etdim, məruzəni məqbul qiymətləndirdim, Bərdədə son illər görülən işləri, böyük inkişafı yüksək dəyərləndirdim".

Millət vəkili çıxışında daha sonra bütövlükdə ölkəmizin daxili və xarici siyasətindən danışıb, dünyada və ölkədə cərəyan edən proseslərdən söz açıb,  ölkə Prezidenti İlham Əliyevin rəhbəliyi ilə həyata keçirilən böyük quruculuq və modernləşmə işlərindən geniş bəhs edib: "Həmçinin, son gunlərin qərar və fərmanlarından danışdım, sosial şəbəkələrdə baş alıb gedən tərbiyəsizlikdən və onlara insanlarımız tərəfindən layiqli cavab verilməsi zərurətindən söz açdım. Bildirdim və yenə də bildirmək istəyirəm ki, bəzi məkrli qüvvələr tərəfindən sosial şəbəkələrin təhqir, söyüş, az qala döyüş meydanına çevrilməsi yolverilməz, qəbuledilməzdir və bunların qarşısı alınmalıdır.  Daha sonra seçicilərlə kollektiv və fərdi şəkildə görüşdüm, onları dinlədim, problemləri ilə tanış oldum. Qaldırılan bir sira məsələ yerindəcə həll olundu, digərləri haqqında  aidiyyəti orqanlara müraciət edilməsi qərarlaşdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31