QMİ “Nəsimi ili” ilə bağlı silsilə tədbirlərin keçirilməsini təkllif edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq, yerlərdə din xadimləri ilə görüşlər keçirilir, Qazı və Səlahiyyətli nümayəndələrin hesabatları dinlənilir. QMİ-dən "Olaylar"a verilən mlumata görə, Fevralın 14-də Xəzər rayonu, Buzovna qəsəbəsindəki "Məşədi Qərib" məscidində görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov toplantını açaraq Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırıb, bildirib ki, belə görüşlər QMİ sədrinin tapşırığı ilə keçirilir və əsas məqsəd yerlərdəki Qazı və Səlahiyyətli nümayəndələrlə əlaqələri daha da gücləndirmək, fəaliyyətləri ilə bağlı hesabatları dinləmək, dini icmaların problemlərini və təkliflərini öyrənməkdir.

Simran Həsənovun sözlərinə görə, ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə inkişaf edib, son illər bununla bağlı mühüm addımlar atılıb, hüquqi baza yaradılıb, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edilib. Dövlət başçımızın sərəncamına əsasən din xadimlərinə maddi yardımlar ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu il ölkəmizdə "Nəsimi İli" elan olunduğunu diqqətə çatdıran QMİ rəsmisi ədəbiyyata bağlılığı ilə seçilən Xəzər rayonundakı məscidlərdə böyük şairimiz Nəsiminin yaradıcılığına və dini baxışlarına həsr edilən silsilə tədbirlərin keçirilməsini təklif edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31