“Kənd Təsərrüfatının inkişafında gənclərin rolu” mövsusunda konfrans keçirilib
15 Fevral 2019 14:34 SosialAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar İnkişaf Könüllülərinin dəstəyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitunun təşkilatçılığı ilə "Kənd Təsərrüfatının inkişafında gənclərin rolu" adlı konfrans keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, konfransın əsas məqsədi gənclərin aqrar sahəyə, kənd təsərrüfatına marağının artırılması və ölkədə aparılan aqrar islahatlarda gənclərin iştirakının təmin edilməsidir. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, aqrar sahənin inkişafını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb. M.Hacıyev bildirib ki, Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Dövlət başçısı cənab İlham Əliyev digər sahələrlə yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını da prioritet istiqamət kimi bəyan edib. Bu da həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda kənd təsərrüfatında mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradıb.