Parlamentin komitələrinə yeni üzvlər qəbul ediləcək

Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilir.

"Olaylar"ın məlumatına görə, bu barədə "Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında" sənəddə qeyd edilib. Sənədə əsasən, deputatlar Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb. Sənəd Milli Məclisin fevralın 19-da keçiriləcək iclasında müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31