Parlamentin növbəti iclasının gündəliyyi bəlli oldu

Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasının gündəliyi  məlum olub. "Olaylar" xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib. Müzakirəyə çıxarılacaq qanun layihələri  Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında; "Kitabxana işi haqqında" qanun layihəsi (III oxunuş); Əmək Məcəlləsinə dəyişiklik; "Dövlət rüsumu haqqında" qanun layihəsi (III oxunuş); "Patent haqqında" qanun layihəsi (III oxunuş); "Üzümçülük və şərabçılıq haqqında" qanuna dəyişiklik; "Azərbaycan Respublikasında Dövlət dili  haqqında" qanuna dəyişiklikvə sairdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31