Təqaüdlərin artırılmasına büdcədən 25 milyon manat əlavə vəsait ayrılacaq

Tələbələrə verilən təqaüdlərin artırılması nəticəsində ilkin hesablamalara əsasən, dövlət büdcəsindən təxminən 25 milyon manat əlavə vəsait ayrılacaq. Bunu təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, müvafiq sərəncamlar Təhsil Nazirliyinin, digər dövlət qurumlarının tabeliyində olan, eyni zamanda özəl ali təhsil müəssisələrində oxuyan və akademik göstəriciləri müvafiq normalara uyğun olan tələbələrə də şamil edilir.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31