Gənclərə dövlət qayğısının növbəti təzahürü
15 Fevral 2019 13:14 SosialPrezidentin sərəncamı tələbələrin vəziyyətinin xeyli yaxşılaşmasına səbəb olacaq
Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına yönəlib. Bu məqsədlə prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq ən müxtəlif sosial məzmunlu addımlar atılmaqdadır. Şəhid ailələrinə yardımların verilməsi, minimum əmək haqqının, pensilayaların artırılmasının davamı olaraq dövlət başçısı tələbə və doktorantların da təqaüdünün arıtırılması ilə bağlı sərəncam imzalayıb. Birmənalı şəkildə qeyd etmək olar ki, prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" sərəncamı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanıb. Xatırladaq ki, sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdləri artırılıb. Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir. Qeyd edək ki, bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu isə o anlama gətirir ki, artıq prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Ümumiyyətlə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Dövlət başçısının tələbələrin təqaüdlərinin artırılması barədə sərəncamı həm də prezidentin gənclərə qayğısının təzahürü kimi qiymətlədirilə bilər.
Hüquqşünas Azad Rzayev qeyd edib ki, bir həqiqət var ki, dövlətimizin başçısı həmişə ortaya siyasi iradə qoyur, islahatlar aparır. Bu gün islahatlar müsbət nəticələr verməkdədir: "Xüsusən, sosial sahədə həyata keçirilən tədbirlər əhalinin güzaranının yaxşılaşmasına təsir göstərib. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bu il dövlət büdcəsinin təxminən 34 faizinin sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur ki, bu elə də kiçik göstərici deyil. Dövlət başçısının tələbələrin təqüdlərinin artırılması barədə imzaladığı sərəncam da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, sərəncama əsasən tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artıb. Əslində dövlət baçısı tərəfindən belə bir addımın atılacağı gözlənilən idi. Sadəcə bunun üçün müəyyən bir təhlilin aparılması zərurəti yaranmışdı". Elə tələbələr də dövlət baçısının sözügedən sərəncamının onların rifah halına müsbət təsir edəcəyi qənaətindədirlər. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Nurlan Hüseynli deyir ki, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bu, həqiqətən də belədir. Xüsusilə, həssas, aztəminatlı ailələr, daha çox sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət göz önündədir. Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsinə hamımız şahid olduq. İndi də tələbələrin təqaüdünün artırılması barədə sərəncam verildi. Etiraf edilməlidir ki, bu, təkcə tələbələrin deyil, eləcə də valideyinlərin ürəyincə olan bir qərardır. Bununla həm tələbələrin maddi vəziyyəti yaxşılaşacaq, həm də valideyinlər əlavə yükdən azad olacaqlar". Onin sözlərinə görə, hər kəs istəyir ki, insanlar daha da yaxşı yaşasın, maaşlar, pensiyalar, müavinətlər bir az da yüksəlsin. Amma bütün bunlara tədricən nail olunur. Dövlətimizin həyata keçirdiyi sosial siyasətin məqsədi də bundan ibarətdir. İnşaat və Memarlıq Universitetinin tələbəsi Sevinc Şirinova da dövlət başçıcının məlum sərəncamını yüksək qiymətləndirir: "Məlum olduğu kimi tələbələr bir sıra problemlə üzləşməli olurlar. Hazırda bir çox universitetlərin yataqxanası olmadığından tələbələr kirayədə qalmağa məcburdur. Tələbələr gediş haqqından azad olmadıqlarına görə xeyli miqdarda nəqliyyat xərcləri ödəməli olurlar. Yemək, geyim pullarını da bunun üzərinə gəldikdə tələbələrin xərclərinin elə də az olmadığı qənaətinə gəlmək olar. Belə halda dövlət başçısının tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncam imzalanması müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, bu qərar tələbələrin vəziyyətinin xeyli yaxşılaşmasına səbəb olacaq".
Alim