Mehriban Əliyeva gəncəlilərdən YAZDI

 

Xəbər verdiyimiz kimi, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünən Gəncəyə səfər ediblər.

 Gəncə səfəri ilə bağlı birinci xanım təəssüratını instagramdakı "firstvicepresidentazerbaijan" rəsmi hesabında bölüşüb:

"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!"

 
 
  • Mehriban Əliyeva gəncəlilərdənYAZDI - FOTO
  •  
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31