İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam

Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, E.Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır. Sabah onun 60 illik yubileyidir.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31