Səyyar ASAN Kommunal Səbaildə

Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Səbail rayonu Nizami 66 və Xəqani 19 küçələrinin kəsişməsində birbaşa kütləvi sayğac dəyişikliyi olan  abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin edilib. "OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki, vətəndaşlar bu layihə  çərçivəsində əsasən sayğacların  əvəz olunması səbəbindən yeni smart kartların verilməsi  xidmətindən yararlana biliblər.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd "Azəriqaz" İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31