“Könüllü ol” layihəsinə 1100-ə yaxın gənc cəlb edilib
14 Fevral 2019 14:52 SosialƏmlak Məsələləri Dövlət Komitəsi "Müasir düşüncə - gələcəyə addım" hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində "Könüllü ol" proqramı reallaşdırmaqdadır. Komitədən "Olaylar"a bildirilib ki, "Könüllü ol" layihəsi çərçivəsində artıq 1100-ə yaxın könüllü komitənin fəaliyyət sferalarına aktiv şəkildə cəlb edilib. Hər bir könüllü ilə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 320 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə başlayıb. Könülllü proqramında iştirak edən 110 nəfər könüllü komitənin müxtəlif qurumlarında işlə təmin edilib. Respublikanın ali təhsil ocaqlarının tələbələri və məzunlarının da əmlak idarəçiliyi sahəsində könüllü fəaliyyətinə cəlb edilməsi istiqamətində fəal iş aparılır. Bu məqsədlə, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində ümumilikdə 1000-ə yaxın məzun, tələbə və magistrlərlə ilə görüşlər keçirilib.