1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub

Ədliyyə Nazirliyi tərəfindən dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 267 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə isə ötən il ərzində 576 vakant ştat vahidi komplektləşdirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, bu sahədə müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulub və 1200-ə yaxın könüllü ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31