Bakının mərkəzində avtobus qəzası – SÜRÜCÜ ÖLDÜ
14 Fevral 2019 14:28 SosialBu gün Bakı şəhərinin Xətai rayonunda avtobusa çırpılan minik avtomobilinin sürücüsü vəfat edib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin məlum olub ki, 99-JX-198 dövlət qeydiyyat nişanlı avtobusa çırpılan "KİA"nı idarə edən sürücü, 1977-ci il təvəllüdlü Məmmədov Emin Vahid oğlu artıq keçinib.
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi mənlumat yayıb və qəzada günahın minik avtomobilini idarə edən sürücüdə olduğu qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31