Notariat hərəkətlərinin sayı bir ildə 14 faiz artıb

2018-ci ildə notariat ofislərində əvvəlki illə müqayisədə təxminən 14% çox - 4.4 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 317 minə yaxın əməliyyat aparılıb və bu əməliyyatlarla bağlı 51 milyon manata yaxın dövlət rüsumu və digər ödənişlər alınıb. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 50 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da əvvəlki illə müqayisədə 26% çoxdur. Eyni zamanda "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2018-ci ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 48%-ni təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31