Əli Məsimli Baltik Assambleyasının tədbirinə qatılacaq

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, enerqetika və innovasiya, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 14-dən 16-dək Latviyanın paytaxtı Riqada səfərdə olacaq. MM-dən "Olaylar"a veerilən məlumata görə, tədbirdə Baltik dövlətlərin birgə qaz və elektrik enerjisi bazarları, "RailBaltica" layihəsinin həyata keçirilməsi,  2021-2027-ci illər üzrə Avropa İttifaqının illik Maliyyə Çərçivəsinə  dair Baltik dövlətlərin vahid mövqeyi, dayanıqlı mobillik, nəqliyyatın təhlükəsizliyi, intellektual nəqliyyat sistemi sahəsində qabaqcıl innovativ layihələr, birgə rüsum sisteminin təqdimatı məsələləri və bununla bağlı Baltik Assambleyasının tövsiyələri müzakirə olunacaq. Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31