Səbaildə ev partladı- 20 evə ziyan dəyib
13 Fevral 2019 13:33 Sosial13 fevral 2019-cu il saat 06-00 radələrində Səbail rayonu, 20-ci sahə, Cernyaxovski küç. 42 ünvanında partlayış baş verib. "Olaylar" xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, partlayış 1955-ci ildə anadan olmuş Umudov Köçəri Bahadur oğluna məxsus 1 mərtəbəli, 2 otaqlı, sahəsi 20 kv.m. olan evdə qaz sızması nəticəsində baş verib. Nəticədə köhnə tikinti materiallarından tikilən ev tam dağılıb, həyətdə həmin vətəndaşa məxsus sahəsi 110 kv.m. olan 4 otaqlı digər evin 15 kv m. sahədə dam örtüyünə ziyan dəyib, xəsarət alan yoxdur. Rəsmi məlumata görə, evin yaxınlığında olan 20-ə yaxın digər evlərə də qismən ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31