V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçiriləcək

Fevralın 15-də Azərbaycan Tibb Universiteti (ATU) Tədris cərrahiyyə klinikasında V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçiriləcək. Səhiyyə Nazirliyindən "Olaylar"a verilən məklumata görə, I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunacaq konfransın açılışını ATU-nun rektoru Gəray Gəraybəyli edəcək. Konfransda azərbaycanlı mütəxəssislərlə yanaşı, türkiyəli uzmanların da iştirakı nəzərdə tutulub. Tədbirdə "Qaraciyər transplantasiyası və hamiləlik", "Qaraciyər transplantasiyasında dalaq və qreft elastorafisinin önəmi", "Xenotransplantasyon" və s. mövzularda mühazirə olacaq. Konfrans 2 paneldən ibarət olacaq. Birinci panelin sədri prof. S. Hadıyev, prof. Sezai Yılmaz, 2-ci panelinki isə prof. dr. Tevfik Tolga Şahin, prof. N. Bayramov olacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iştrakçılara 7 Davamedici Tibbi Təhsil Balı veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31