Kitab satışından ƏDV götürülsün- Deputatdan Təklif
12 Fevral 2019 12:52 SosialMilli Məclisin yaz sessiyasının növbəti plenar iclasında deputat Fazil Mustafa ölkədə kitab satışında olan problemlərdən danışıb. "Olaylar" xəbər verir ki, F.Mustafa kitabların vergidən azad olunmasının vacibliyini vurğulayıb: "Bugünlərdə Türkiyədə kitab, jurnal və qəzetlər üzərindən əlavə dəyə vergisi qaldırıldı. Bunun Azərbaycanda da edilməsi vacibdir. Ona görə yox ki, bu Türkiyədə edilib. Sadəcə mən Ermənistandan misal çəkib özümüzü pis vəziyyətə salmaq istəmədim. Gürcüstanda da artıq uzun zamandır ki, kitablar üzərindən əlavə dəyər vergisi götürülüb. Digər ölkələrdə bu vergi 7-8 faiz, bizdə isə 18 fazidir. Azərbaycanda kitab satışı çox bahadır, getdikcə daha da bərbad vəziyyətə düşəcək. Hesab edirəm ki, aidiyyatı qurumlar bu sahədə araşdırma aparmalıdır və addımlar atmalıdır ki, kitab tamamilə vergidən azad olunsun".