Baş nazir küçədə zibil yığdı – Fotolar
12 Fevral 2019 12:43 SosialKosova baş naziri Ramuş Haradinay paytaxt Priştina küçələrində zibil toplayıb.
Qafqazinfo.az-a istinadən xəbər verir ki, "Kosovanı təmizləyək" şüarı ilə ölkədə təşkil edilən aksiyaya qoşulan baş nazir əhaliyə örnək olub.O, küçələri çirkləndirənlər səslənərək ətraf mühiti təmiz saxlamağa çağırıb:
"Təmiz bir Kosovada yaşamaq istəyirsinizsə, əlinizdəki tullantıları küçələrə deyil, zibil qutularına atın. Avropada olmaq istəyən Kosova təmiz olmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31