"Beynəlxalq səviyyədə Azərbaycan alimlərinin elmi nəticələrini təbliğ etmək əsas məqsədimizdir"

17 oktyabr 2018-ci ildə , Azərbaycanda elmin inkişafını dünya səviyyəsində aparmaq,beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə hazırlanan növbəti  tədbir  Bakı Dövlət Universitetində baş tutub.  Tədbir "Clarivate Analytics" şirkətinin  Azərbaycanda  təşkil etdiyi  "Beynəlxalq elmi jurnallar üçün  elmi nəşrlərin hazırlanması və çap qaydaları"  adlı layihənin  təlimçi-mütəxəssisi Dr. Xəyalə Məmmədova  və  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Dr.Daşqın Qənbərov tərəfindən təşkil  olundu.Tədbirdə eyni zamanda  Azərbaycanda   tanınmış, beynəlxalq standartlı  "Elm və İnnovativ Texnologiyalar " adlı elmi   jurnalının Təlim Meneceri Talehə Quliyeva da iştirak edirdi. 

Dr. Daşqın Qənbərov tədbirin açılışını etdikdən sonra  qeyd etdi ki, müasir dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə yanaşı, elmi araşdırmaların dünya səviyyəsində aparılmasını, elmi əsərlərin istinad indeksli jurnallarda dərcini, bu sahədə beynəlxalq əlaqələrin davamlığını və s. tələb edir. Bu gün əsas hədəflərimizdən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş istifadə etməkdir.

Növbəti çıxışda Dr.Xəyalə Məmmədova Beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, elmi jurnalın idarə edilməsi prinsipləri,   elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki  mövzularla bağlı  tədbir iştirakçılarını geniş  maarifləndirdi. Xəyalə Məmmədova  xüsusi vurğulayaraq qeyd etdi ki:" Azərbaycan alimlərinin elmi nəticələrini beynəlxalq səviyyədə təbliğ etmək əsas məqsədimizdir və  Elm və İnnovativ Texnologiyalar" kimi jurnalların fəaliyyətinin genişlənməsi  bu yolda bizə əvəzsiz böyük kömək edəcəkdir."

Təqdimat - çıxışdan sonra söz  , Azərbaycanda və  beynəlxalq səviyyədə  tanınmış   " Elm və İnnovativ Texnologiyalar"  adlı elmi jurnalın Təlim Meneceri Talehə Quliyevaya verildi.

Talehə xanım jurnal haqqında məlumat verərək qeyd etdi ki, ictimaiyyət üçün açıq olan resenziyalı,  elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiət  sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır.Jurnalda  indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Jurnal əsasən  Azərbaycan, Rus , İngilis və Türk dillərində elmi məqalələri dərc edir.Jurnalda ikili rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir.

"Elm və İnnovativ Texnologiyalar" jurnalı  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının   04.07.2018-ci il tarixli  (Protokol № 11-R) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. 28 iyun, 2018-ci il tarixində  Rusiya Federasiyasının  elmi istinad bazası olan РИНЦ arasında əməkdaşlığa dair müqavilə imzalayaraq ,40-a yaxın  beynəlxalq elmi bazalarda yerləşdirilibdir.Bundan başqa, Azərbaycanın gənc  tədqiqatçıları üçün  bu istiqamətdə inkişaf etmək məqsədilə ödənişsiz konsultasiya  xidmətləri də təşkil edir. Əlavə məlumat üçün www.ejsr.org saytına müraciət edə bilərlər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31