"Bir gün mənə rəhmin gələcək" - "Fendi"nin reklamında oxuyan kimdir? - VİDEO
18 Oktyabr 2018 13:32 Sosialİtaliyanın məşhur "Fendi" brendinin son reklam çarxı azərbaycanlı izləyicilərin marağına səbəb olub.
Reklam çarxında Azərbaycan dilində "Bir gün mənə rəhmin gələcək" oxunması izləyicilərin diqqətini çəkib.
Mahnının kim tərəfindən oxuması da müzakirələrə səbəb olub.
Əldə edilən məlumata görə, sözügedən reklamda səsləndirilən mahnı daha öncə Nəsibə Abdullayeva tərəfindən oxunub. Azərbaycan gəlini olan özbəkistanlı müğənninin "Fəridə" mahnısında səslənən "Bir gün mənə rəhmin gələcək" cümləsinin intonasiyası reklamdakı ilə üst-üstə düşür.
Hər iki videonu təqdim edirik:
www.yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31