Dəridəki çatlardan necə xilas olmaq olar?

Artıq çəki, təkcə sağlamlığımıza deyil, görüntümüzə də təsir edir

Dövrümüzün ən böyük bəlalarından olan artıq çəki, təkcə sağlamlığımıza deyil, bədənimizin görüntüsünə də təsir edir.

İnsan kökəldikcə dəri dartılır və dəridə çatlar əmələ gəlir. Çəkimizi azaltmaq istədikdə isə bu izlər daha da ortaya çıxır. Bədəndəki belə çatlar hamilə qadınlarda da olur. Hətta bəzən xanımlar bunu kompleks edərək, dəri çatlarını gizlətməyə çalışır. Bəs dəri çatlarından necə xilas ola bilərik?

AzNews.az bədəndəki çatları yox edən maskanı təqdim edir:

Tərkibi:

Qəhvə dənələri

Hind qozu yağı

1 ədəd kartof

Hazırlanması:

Çəkisi 50 ilə 70 kq arasında olan qadınlar üçün 4 yemək qaşığı döyülmüş qəhvə çəyirdəyinin içinə 4 qaşıq hind qozu yağını və 1 ədəd sürtgəcdən keçirilmiş kartofun suyunu əlavə edin. Krem halını alana qədər qarışdırın. Qarışığı problemli bölgəyə çəkin, əzələ istiqamətində aşağı yuxarı masaj edin. Sellofanla sarıyın. 25 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bunu 14 gün ərzində davamlı istifadə edin.

Əgər çəkiniz 70 kilodan çoxdursa ərzaqların miqdarını artırın.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31