MTRŞ ARB TV-də yayımlanan verilişdə aparıcının qonaqla bayağı davranması məsələsinə münasibət bildirib
18 Oktyabr 2018 11:39 SosialMilli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-də yayımlanan "Canım sizə desin" adlı proqramının ötəngünkü buraxılışında aparıcının qonaqla bayağı davranması mövzusuna münasibət bildirib.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, verilişdə konkret qanun pozuntusu olmayıb: "Bununla belə, əlbəttə, verilişdə aparıcılar da, iştirakçılar da bayağı hərəkətlərdən qaçmalıdırlar".
Qeyd edək ki, verilişin aparıcısı əməkdar artist Mehriban Xanlarovanın verilişin qonağı "Azəri Vandam" kimi tanınan şəxsə qarşı hərəkətləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31