"Ağzımın sağ tərəfi əyildi" - Emma ölümdən döndü
7 Avqust 2018 18:21 SosialMüğənni Emma Ələkbərzadə ATV-də yayımlanan "10-dan sonra" verilişinin qonağı olub.
Olaylar.Az baku.ws-yə istinadən xəbər verir ki, müğənni verilişdə arıqlamağının səbəbini açıqlayıb.
Ələkbərzadə bildirib ki, vaxtı ikən artıq çəkisi üzündən səhhətində bir sıra problemlər yaranmışdı.
Yüksək hipertoniyadan əziyyət çəkən müğənninin vaxtı ikən ağzının sağ tərəfi də əyilmişdi.
Baş verənlərdən çox narahat olan Emma Ələkbərzadə həmin vaxt arıqlamağa qərar verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31