Quba sakinləri susuzluqdan əziyyət çəkirlər SOS

Quba rayonu Nərimanabad kəndində artıq iki ildir ki, su problemi yaşanır.

Yerli əhali bununla əlaqədar dəfələrlə müvafiq qurumlara şikayət etsələr də,  problemin həlli mümkün olmayıb.

Məlumata görə, Kənd İcra nümayədəliyi  suyu Musa adlı bir şəxsə icarəyə verib və həmin şəxs hər ay kənd sakinlərindən su pulu yığmağına baxmayaraq, əhali su ilə təmin olunmur. Hər dəfəsində isə müxtəlif bəhanələr (mator yanıb, işıqlar tez tez sonur) gətirilir.

Sakinlər bildirir ki,  bəzən həftələrlə su olmur, məcbur olub pulla alırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31