Hadi Rəcəbli: “Küçə təmizləyən qadınlar 3 saat işləyib 300 manat maaş alır, bu, ən yaxşı iş yeridir” – Video
2 Avqust 2018 12:13 SosialMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin küçə təmizliyi aparan qadınlarla bağlı bu fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb.
Deputatın həmin çıxışının videosu sosial şəbəkələrdə paylaşılaraq tənqid olunur.
Həmin çıxışında komitə sədri Hadi Rəcəbli deyib:
"Mən şəhərdə küçə təmizləyən qadınlara baxıram, onların bir qismi ağızlarını bağlayır. Mən onları qınamıram, onların haqqıdır. Gizlənirlər ki, görməsinlər, bilməsinlər. Onlar 3 saat işləyib 300 manat maaş alır, ən yaxşı iş yeridir".
Bizimyol.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31