“ASAN kadr” karyera mərkəzindən gənclərə dəstək
1 Avqust 2018 15:55 SosialASAN Könüllülük Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.
Olaylar.az bildirir ki, bu məqsədlə yaradılan "ASAN kadr" karyera mərkəzi fəaliyyət göstərdiyi 3 il ərzində 960 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib. Hər bir könüllü www.asankadr.az portalında öz CV-sini yerləşdirməklə mövcud vakansiyalardan yararlana bilər.
Bu günə kimi portal vasitəsi ilə 1031 müəssisə qeydiyyatdan keçib.
ASAN könüllülərinin peşəkar kadr kimi yetişməsi istiqamətində fəaliyyət göstərən mərkəz bu günə kimi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31