Orxan Camalın meyiti avqustun 4-də Rusiyaya gətiriləcək
1 Avqust 2018 14:44 SosialMərkəzi Afrika Respublikasında (MAR) öldürülən rusiyalı jurnalistlərin meyitləri avqustun 4-də Rusiyaya gətiriləcək.
Bu barədə "İnterfaks"a Mixail Xodorkovskinin Araşdırma İdarəsi Mərkəzinin rəhbəri Andrey Konyaxin bildirib.
"MAR-dakı konsulun bizə verdiyi məlumata görə, meyitlər cümə günü Rusiya tərəfinə veriləcək, şənbə günü isə onlar Moskvaya çatdırılacaqlar", - mərkəz rəhbəri söyləyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31