1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür
Bu gün milli varlığımızın əsas atributlarından biri, milli sərvətimiz Azərbaycan dili və Azərbaycan Əlifbası günüdür.
1 Avqust 2018 12:34 SosialBu gün milli varlığımızın əsas atributlarından biri, milli sərvətimiz Azərbaycan dili və Azərbaycan Əlifbası günüdür.
Olaylar.az xəbər verir ki, bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır.
1918-ci il Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra ilk dəfə hazırkı latın əlifbasından istifadə edilib. Lakin mütəqilliyimizi itirdikdən sonra Azərbaycanda 70 il kiril qrafikalı Əlifbadan istifadə edilib.
Müstəqillik yenidən qazanıldıqdan sonra isə ölkədə latın əlifbasına keçilsə də, uzun müddət mətbuat kril əlifbasından istifadə edib.
2001-ci il iyunun 18-də prezident Heydər Əliyev ölkədə 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçilməsi ilə bağlı fərman imzalayıb.
Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmana görə isə avqustun 1-i ölkədə Azərbaycan Əlifbası və Dili Günü elan edilib.