“Şanlıurfa və Battal qazidən Qarabağa könül körpüsü”
1 Avqust 2018 12:26 SosialMillət vəkili dos.dr. Qənirə Paşayevanın başçılıq etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə Bakıya gələn Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və "Duru TV"-nin baş müdiri Mehmet Canbekdən ibarət heyət Azərbaycana səfərə gəlib. Bakıdakı Yunus Əmrə İnstitutundan "OLAYLAR"-a bildirilib ki, səfər çərçivəsində Bakıda türkiyəli qonaqların iştirakı ilə , "Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü" adlı tədbir keçiriləcək.
Tədbir 2 avqust saat 14:00-da Bakı Yunus Emre İnstitutunun Konfrans Salonunda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31