“Zərərli vərdişlərdən qorunma yollarının təbliği” layihəsi yekunlaşdı
1 Avqust 2018 12:22 Sosial"Qadın və Gənc Ailələrin Sosial İnkişafı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Narkomaniya, İİV/QİÇS-ə qarşı mübarizə məqsədilə, zərərli vərdişlərdən qorunma yollarının təbliği" adlı layihəsi uğurla yekunlaşıb.
Təşkilatın sədri Tünzalə Cavadovanın "OLAYLAR"-a verdiyi məlumata əsasən, layihənin əsas məqsədi gənclər arasında narkomaniya, İİV/QİÇS-lə qazanılan yoluxucu xəstəliklərə qarşı mübarizədə aktiv olmaq və onlardan qorunma yollarının təbliğinə gənclərin diqqətinin artırılması idi.
Layihədə təşkilata dəstək Xəzər rayon Gənclər və İdman İdarəsi, rayonda yerləşən Binə-Abşeron peşə litseyi olub.
Layihə çərçivəsində Xəzər rayonunda narkomaniya, İİV/QİÇS-ə qarşı 2 maarifəndirici aksiya keçirilib. 25 nəfər gənc maarifəndirici bukletlər və şüarlarla rayonun mərkəzi hissəsində yığışaraq, əhali xüsusilə gənclər arasında maarifləndirici təbliğat işləri apararaq, onları zəzərli vərdişlərdən yayınmağa, sağlam həyat tərzi keçirməyə çağırıblar.
Qeyd edək ki, layihə 3 ay müddətində, 01 may-01 avqust tarixlərində Xəzər rayonunda həyata keçirilib.. Layihədə 210 gənc iştirak edib. Ümumilikdə layihə 7 təlim, 2 aksiyadan ibarət olub.