Əməliyyat olunan "Toppuş bacı"dan xəbər var

Axşam.az xəbər verir ki, əməliyyatdan sağ-salamat çıxan aktrisa reanimasiyadadır. Bu barədə şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əməliyyat uğurla keçib:"İndi həkimindən soruşdum, dedi, reanimasiyadadır. Əməliyyat yaxşı keçib. Panikaya gərək yoxdur. Sabah görüşünə icazə aldım".N.Səfərli eyni zamanda aktrisanın xərçəngə tutulma səbəbini də söyləyib:"Xəstəlik uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Sonra Tünzalə mədə kiçiltmə əməliyyatı keçirib ki, arıqlasın. Yeməyi azalıb, imuniteti aşağı düşüb və xəstəlik sürətlənib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31