“Bakı Metropoliteni” metroda qiymət artımına münasibət bildirdi

Bir sərnişin daşınması 47 qəpiyə başa gəlir. Oxu.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.Onun sözlərinə görə, bu rəqəm MDB ölkələrində ən aşağı rəqəmdir: "Metroda gediş haqqı Kiyevdə 47-50 qəpik, Belarusda isə 55 qəpikdir. Rusiyada isə dəfələrlə bahadır".Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda MDB məkanında ən ucuz qiymət Azərbaycandadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31