Xalq artisti dünyasını dəyişdi

Azərbaycan xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" və "Şərəf" ordenli Xəyyam Mirzəzadə vəfat edib.
 
Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, bəstəkarla vida mərasimi sabah Bakı Musiqi Akademiyasında saat 12-dən 14-dək davam edəcək.
 
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
 
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31