Siyəzən və Şabran rayonlarında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb
29 İyul 2018 11:20 SosialSiyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınmışdır. Tüstülənmə davam edir, açıq alov müşahidə olunmur.
Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunmuşdur.
Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31