Barmağında dəmir halqa qalan azyaşlı xilas edildi
27 İyul 2018 17:43 SosialNəsimi rayonunda barmağında dəmir halqa qalan azyaşlı xilas edilib.
FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda 1 azyaşlının barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.
Əməliyyat başa çatıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31