960 normativ hüquqi akt hüquqi ekspertizadan keçirilib

2018-ci ildə Ədliyyə Nazirliyi tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına dair 550-dək normativ hüquqi akt layihəsi hazırlanıb.

"Olaylar" xəbər verir ki, bu barədə məlumat nazirlikdə keçirilən kollegiya iclasında bildirilir. Qeyd edilib ki,  ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 960-dan çox belə akt hüquqi ekspertizadan keçirilib. Əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına (e-qanun.az, huquqiaktlar.gov.az) müraciət edənlərin sayı 70 faizdən çox artaraq 627 minə çatıb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 6.500-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31