Cari ildə 1,9 milyona yaxın notariat hərəkəti aparılıb

Cari ildə notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.

Cari ildə notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.

Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bu əməliyyatlarla bağlı 22 milyon manata yaxın dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 25 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 % çoxdur. Eyni zamanda, notariat kontorlarını vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli asanlaşdırmaqla vətəndaşlara daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini təmin edir.

Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq, bir çox dövlətlər, o cümlədən cari ildə rusiyalı notariuslar müsbət təcrübəmizdən bəhrələniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31