2800-ə yaxın ədliyyə işçisi tədris kurslarına cəlb olunub
27 İyul 2018 13:26 SosialDövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb.
Nazirlikdən "Olaylar"a daxil olan məlumata görə, cari ildə 336 vakansiya üzrə təyinatlar aparılıb, digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 226 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır. Ədliyyə Akademiyasında 2.800-ə yaxın ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-ə yaxın aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31