Avqustun 1-dən sənədlərin qəbuluna başlanılacaq

"ASAN" xidmətdə təşkil ediləcək notariat kontorlarında

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində ədliyyə sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin təxminən 43 faizini bu mərkəzlərdə fəaliyyət göstərən qeydiyyat və notariat orqanlarının payına düşür. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə,  yüksək vətəndaş məmnunluğu doğuran "ASAN xidmət" şəbəkəsinin genişləndirilməsi nəzərə alınaraq həmin mərkəzlərdə təşkil ediləcək notariat kontorlarında, habelə bölgələrdə vakant notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə avqust ayının 1-dən etibarən sənədlərin qəbuluna başlanılacaq.  Məlumatda o da bildirilib ki, ölkə başçısının tapşırıqlarına əsasən korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətləri təkmilləşdirilərək onlardan istifadənin sayı 11 faiz artaraq 2,4 milyona çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31