Test tapşırığında səhv yoxdur - AÇIQLAMA

Ötən gün keçirilən II və III ixtisas qrupu üzrə qəbul imtahanında yalnış test tapşırığı olmayıb.

Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

DİM rəsmisi qeyd edib ki, test tapşırığında hər hansı elmi-metodiki səhv yoxdur:

"Abituriyentlərə düşən suallar hamısı dərsliklərdə olub. Buna görə də abituriyentlərin xeyrinə bal hesablanmayacaq".

Oxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31